REGİONLAR


İmişlidə Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi başa çatıb

A+ A

İmişli, 2 avqust, Mahir Babayev, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə İmişlidə inşa edilən Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi başa çatıb.

AZƏRTAC xəbər verir ki, şəhərin Ə.Qurbanov küçəsində tikilən binanın inşasına 2014-cü ilin sonlarında başlanılmışdı. İkimərtəbəli bina 17 iş otağından ibarətdir və burada işçilərin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.

İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Milli memarlıq ənənələri ilə inşa edilən binanın yaxın günlərdə açılışı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.