REGİONLAR


İmişlidə çuğundur sahələrindən indiyədək 5 min 683 ton məhsul yığılıb

A+ A

İmişli, 23 noyabr, Mahir Babayev, AZƏRTAC

İmişlinin şəkər çuğunduru sahələrində məhsul yığımı davam edir.

Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il rayonda 211 hektar sahədə şəkər çuğunduru əkilib. Yığım başlayandan bu günə kimi plantasiyalardan 5 min 683 ton məhsul toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1843 ton çoxdur.

İmişlinin Murğuzalılı kənd sakini, fermer Əlihüseyn Quliyev qeyd edib ki, bu il əkdiyi çuğundur sahəsindən indiyədək 170 ton məhsul yığıb. Hələ sahədə daha çox məhsul var.

Torpaq mülkiyyətçisi Zaur Abbasov isə bildirib ki, yığılmış sahələrdə hər hektarda orta məhsuldarlıq 40-45 tona çatır. Bu isə ötən ildəkindən 10-15 ton çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.