REGİONLAR


İmişlidə iqtisаdiyyаtın əsаs sаhələri üzrə məhsul istehsalı 10 faiz artıb

İmişli, 1 avqust, Mahir Babayev, AZƏRTAC

Bu ilin altı ayında İmişlinin sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə olunub. İqtisаdiyyаtın əsаs sаhələri üzrə 267.649.500 mаnаtlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur. İqtisadiyyatın əsas sahələrinin inkişafına 32.969.800 manat investisiya qoyulub.

AZƏRTAC xəbər verir ki, bu barədə rayondakı Heydər Əliyev Mərkəzində cari ilin altı ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev məlumat verib.

Qeyd olunub ki, hesabat dövründə rayonda bir sıra tikinti-abadlıq, quruculuq işləri görülüb. Şəhərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 mərtəbəli 54 mənzilli yaşayış binasının, rayon məhkəməsinin tikintisi başa çatıb, “Azərişıq” ASC-nin İmişli rayon elektrik şəbəkəsinin və “ASAN xidmət” Mərkəzinin inzibati binalarının inşası davam etdirilib. 41 min nəfər əhalisi olan 9 yaşayış məntəqəsini birləşdirən 23 kilometrlik İmişli-Otuziki-Xoşçobanlı-Murğuzalılı-Mürsəlli-Qaraqaşlı-Muradalılı-Nurulu-Ölcələr və Yuxarı Qaralar kəndlərarası avtomobil yolunda əsaslı təmir işlərinə başlanılıb.

Bildirilib ki, ötən müddətdə rayonda aqrar sahədə də təqdirəlayiq işlər görülüb. Mal-qara və qoyun-keçinin baş sayı 344 min 79 başa çatıb. Məlumat verilib ki, bu il rayonda 18 min 250 hektar sahədə pambıq əkilib, hazırda becərmə işləri davam etdirilir. Ötən dövrdə 57 min 771 ton taxıl istehsal olunub.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində görülən işlərdən, əhalinin elektrik enerjisi və içməli su ilə təminatı istiqamətində həyata keçirilən tədbirlərdən də danışılıb.

Çıxışlarda rayon iqtisadiyyatının daha da inkişaf etdirilməsi və digər sahələrdə nailiyyətlər qazanılması üçün bundan sonra da bütün qüvvələrin səfərbər edilməsinin vacibliyi vurğulanıb.

Sonda müzakirə olan məsələ ilə bağlı qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.