REGİONLAR


İmişlidə istixana şəraitində yetişdirilən pomidorun yığımına başlanılıb

İmişli, 14 may, Mahir Babayev, AZƏRTAC 

Bir neçə gündür ki, İmişlidə istixana şəraitində yetişdirilən pomidorun yığımına başlanılıb. Ötən ilin dekabr ayında əkilən pomidor bitkisinin məhsulu artıq aprelin üçüncü ongünlüyündən etibarən yığılır.

AZƏRTAC xəbər verir ki, yığım kompaniyasına ilk olaraq “Araz Aqro Qrup” MMC tərəfindən ötən il tikilib istifadəyə verilən, 2 hektar sahəni əhatə edən istixana kompleksində başlanılıb. İstehsal prosesində yalnız orqaniq gübrə və dərman preparatlarından istifadə olunan istixanadan bu günə kimi 60 ton məhsul yığılıb ki, onun da 32 tonu xarici dövlətlərə ixrac edilib, 28 tonu isə daxili bazarlara çıxardılıb. Yığım kompaniyası iyul ayına kimi davam edəcəkdir.

Onu da qeyd edək ki, “Araz Aqro Qrup” MMC şirkəti rayonda daha bir 2 hektarlıq yeni istixana kompleksinin tikintisinə başlayıb və inşaat işlərinin sentyabr ayında başa çatdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.