REGİONLAR


İmişlidə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər təlimlərə cəlb olunub

İmişli, 24 sentyabr, Mahir Babayev, AZƏRTAC

İmişlidə məktəbəhazırlıq qruplarında işləyəcək ibtidai sinif müəllimləri təlimlərə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də başlanan təlimə qatılan müəllimlər iki qrupa bölünüb. Birinci qrupda təlim Təhsil İşçiləri Peşəkar İnkişafı İnstitutunun təlimçisi Rauf Əsədov tərəfindən aparılır. Təlimlər hər gün 6 saat olmaqla, 6 gün ərzində keçiriləcək.

Məktəbəhazırlıq qruplarında məşğələlər isə oktyabrın 1-dən mayın 31-dək davam edəcək. Həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının təşkilində məqsəd uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışmasıdır.

Qeyd edək ki, rayon üzrə 51 ümumtəhsil məktəbində 62 məktəbəhazırlıq qrupu təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.