REGİONLAR


İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

İmişli, 6 iyun, Mahir Babayev, AZƏRTAC

İmişlidə baş verən yol qəzası nəticəsində bir nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İmişli sakini Əbilov Vaqif Ədil oğlunun idarə etdiyi “Mercedes” markalı, “90 BC 914” dövlət nömrə nişanlı avtomobil yol kənarında dayanan, Vüqar Ağaşova məxsus “QAZ 53” markalı, "58 BA 673" dövlət nömrə nişanlı yük maşınına çırpılıb.

Nəticədə “Mercedes” markalı avtomobildə olan sərnişin, İmişli sakini, 1958-ci il təvəllüdlü Vaqif Məmmədov dünyasını dəyişib. Hadisə yerinə Kürdəmir FHN–nin xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.