REGİONLAR


İmişlidə qısa müddətdə 1100 tondan çox pambıq yığılıb

A+ A

İmişli, 7 oktyabr, Mahir Babayev, AZƏRTAC 

İmişlidə pambıq yığımı sürətlə davam edir. Yığıma mütəşəkkil başlayan pambıqçılar qısa müddətdə tarlalardan 1100 tondan çox məhsul toplayıblar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonda 5 min 51 hektar sahədə pambıq əkilib. Ötən il isə bu rəqəm 2 min 551 hektar olub. Mütəxəssislər builki hava şəraitini həm çiyidin vegetasiyası, həm də yığım üçün əlverişli hesab edirlər. Eyni zamanda, İmişlidə pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada lazımi qulluq göstərildiyindən tarlalarda bol məhsul yetişib. Artıq bir neçə həftədir ki, fermerlər məhsul yığımı ilə məşğuldurlar. Təcrübəli fermer Rauf Vəliyev AZƏRTAC-a bildirib ki, dövlətimizin başçısının qeyri-neft sektoruna verdiyi dəstək kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq əkininə də marağı qat-qat artırıb. Pambığın inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə dövlət tərəfindən edilən güzəştlər, verilən əlavə subsidiyalar öz bəhrəsini verir. İndi sahələrdə ötən ildəkindən çox məhsul var və orta hesabla hər hektardan 25-30 sentner məhsul götürmək mümkün olacaq.

Artıq fermerlər pambıq tarlalarından 1110 tondan çox məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər ki, bunun da yarıdan çoxu texnika ilə yığılıb.

Cari ildə imişlili pambıqçılar sahələrdən 10 min tondan artıq pambıq yığmağı qarşılarına məqsəd qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.