REGİONLAR
İmişlidə qısa müddətdə 6 ton 116 kiloqram barama istehsal olunub
İmişli, 9 iyun, Mahir Babayev, AZƏRTAC
İmişlidə barama tədarükü uğurla davam edir. Dövlətimiz tərəfindən baramaçılığın inkişafına göstərilən dəstəkdən bəhrələnən rayon kümçüləri qısa müddətdə 6 ton 116 kiloqram barama tədarük ediblər. Məhsul “Şəki-İpək” ASC tərəfindən qəbul olunur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu mövsüm rayonda 125 kümçü ilə müqavilə bağlanılıb, onlara 334 qutu (5 kiloqram 700 qram) ipəkqurdu toxumu paylanılıb. Kümçülər artıq bir neçə gündür ki, əldə etdikləri məhsulun tədarükü ilə məşğuldurlar. Barama tədarükündə rayonun Göbəktala, Telişli kəndləri xüsusilə fəallıq göstərirlər. Tədarük olunan baramanın hər kiloqramı 9 manata alınır. Bunun 4 manatı 10 gün ərzində kümçülərə ödənilir. Qalan 5 manat isə barama istehsalçılarına subsidiya şəkilində veriləcək.
Qeyd edək ki, bu il rayonda 15 ton bara tədarük etmək nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]