REGİONLAR


İmişlinin Şahverdili kəndində tibb məntəqəsi istifadəyə verilib

İmişli, 29 iyun, Mahir Babayev, AZƏRTAC 

ABŞ və Azərbaycan hökumətlərinin birgə dəstəyi ilə İmişlinin Şahverdili kəndində yeni tibb məntəqəsi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), yerli icra hakimiyyəti və bələdiyyənin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

Mərasimdə çıxış edən USAID-ın missiya direktoru xanım Mikaela Meredis bildirib ki, ABŞ Azərbaycanla tərəfdaşlıq etməyə sadiqdir. Mikaela Meredis, həmçinin öz həyat şəraitlərini yaxşılaşdırmaq məqsədilə yerli resursları cəlb edə bildikləri üçün icmalara da təşəkkür edib.

Yeni tibb məntəqəsi 1540 nəfərə yaxın kənd sakininə xidmət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.