REGİONLAR
İmişlinin heyvandarlıq təsərrüfatlarında ümumilikdə 244 min 221 baş heyvan saxlanılır
İmişli, 31 oktyabr, AZƏRTAC
İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Rayonda bu gəlirli sahənin inkişafına xüsusi diqqət yetirilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün yeni-yeni təsərrüfatlar, süni-mayalanma məntəqələri yaradılır. Həyata keçirilən layihələr nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 93 min 321 baş iri buynuzlu mal-qara, 251 min 418 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 5 min 106 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib.
Cari ilin 9 ayında rayonda 9 min 926 ton ət, 37 min 98 ton süd, 347 ton yun istehsal edilmişdir ki, bu da ötən ildəkindən xeyli çoxdur.