REGİONLAR


İmişlinin taxıl zəmilərində orta məhsuldarlıq 35,7 sentner olub

İmişli, 24 iyul, Mahir Babayev, AZƏRTAC 

İmişlidə taxıl yığımı başa çatıb. Ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyindən bəhrələnən fermerlər taxıl zəmilərindən 57 min 775 ton məhsul yığıblar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, taxılçıları ötən ilin payızında 16 min 320 hektar taxıl əkiblər. Bunun da 4 min 838 hektarını arpa, 11 min 482 hektarını isə buğda sahələri təşkil edib. Biçin aparılmış arpa sahələrindən 15 min 288, buğda zəmilərindən isə 42 min 483 ton məhsul götürülüb. Arpa sahələrinin hər hektarının məhsuldarlığı 31,6, buğda sahələrinin isə 37 sentner olub. Rayon üzrə ümumilikdə orta məhsuldarlıq 35,7 sentner təşkil edib.

İmişlidə bu il ötən ildəkindən 2315 ton çox məhsul istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.