REGİONLAR


İmran Bağırov: Tur-aksiyanın hər bir anı maraqlı və yaddaqalandır

A+ A

Qəbələ, 14 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxmışıq. Bu səfərimizin maraqlı və faydalı olacağına əminəm. Tur-aksiya bizə vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradır. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanırıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyimə inanıram”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Sabirabad şəhər 2 nömrəli orta məktəbin şagirdi İmran Bağırov deyib.

Məktəbli bildirib ki, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxsalar da, bura gələnədək yolboyu bir neçə rayonda olublar: “İlk dəfədir bu regiona gəlmişəm. Səyahət zamanı hər addımda yeniliklərlə qarşılaşırıq. Bu bölgənin əsrarəngiz təbiət mənzərələri hər birimizə xoş təsir bağışlayır. Demək olar ki, tur-aksiyanın hər bir anı maraqlı və yaddaqalandır. Bizə belə bir imkan yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.