MƏDƏNİYYƏT


İncəsənət dünyası və ya XV-XIX əsr dünya rəssamlığını necə başa düşmək

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 21-22-də “Art-Villa”da Art-Ekspertlər Məktəbi və Azərbaycan-Ukrayna Gənclər Birliyi “Art Council” qeyri-hökumət təşkilatı ilə birlikdə art-seminar təşkil edəcək.

“Arts Council Azerbaijan” təşkilatından AZƏRTAC-a bildirilib ki, seminar qısa müddətdə Qərbi Avropa rəssamlığında dəst-xətti və üslubu seçməyə imkan verəcək.

Bəzən “Məşhur rəsm əsərinin müəllifi kimdir və hansı üslubda işlənib?”, “İncəsənətin inkişafına hansı faktorlar təsir göstərib?”, “Süjetdə nə şifrələnib və əsəri necə oxumaq?”, “Rəssamlıq aləmində hansı mədəni inqilablar baş verib?” və digər suallara cavab tapmaq çətin olur. Belə olan halda sənəti rəssamlıqla bağlı olmayan biznesmenlər, iqtisadçılar, hüquqşünaslar, evdar qadınlar nə etməlidirlər – özlərini gözəllikdən zövq almaqda məhrum etməlidirlər? Axı incəsənət mövzusu insan həyatında mühüm yer tutur. Dahilərin yaradıcı nailiyyətləri ilə yaxından tanış olaraq, bunlardan həyatının müxtəlif sahələrində inkişafa “tramplin” kimi istifadə etmək olar.

“Dünya rəssamlığını necə başa düşmək” mövzusunda art-seminar incəsənət sahəsində alternativ təhsil layihəsidir. Art-seminarın proqramına antik, renessans, barokko, rokoko, romantizm, realizm, impressionizm, postimpressionizm, məşhur şəxsiyyətlər, rəssamlar, onların bioqrafiyası və digər məsələlər daxildir.

Tədbiri proqramın müəllifi, sənətşünas, ekspert, rəssam, Art-Ekspertlər Məktəbinin, “Diart” incəsənətin inkişafına kömək prodüser mərkəzinin təsisçisi Yuliya Tarasenko aparacaq.

Giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.