DÜNYA


İncirlik Hərbi Hava Bazasından qalxan təyyarələr Suriyadakı İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirib

Bakı, 17 iyul, AZƏRTAC

Türkiyənin İncirlik hərbi hava bazasından havaya qalxan koalisiya təyyarələri Suriyadakı İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirib.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk tvitter səhifəsində məlumat yayıb.

Bildirilib ki, Türkiyə tərəfi ilə danışıqlardan sonra koalisiya təyyarələri İncirlik hərbi hava bazasından uçuşlara başlayıb.

Qeyd edək ki, hərbi çevrilişə cəhddən sonra Türkiyə İncirlik hərbi hava bazasını bağlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.