ELM VƏ TƏHSİL


İndiyədək 40 min 681 abituriyent ixtisas seçib

Bakı, 10 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi davam edir.

AZƏRTAC-a xəbər verir ki, avqustun 10-da saat 10:00-a olan məlumata əsasən, 40 min 681 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi edib. Onlardan 36 min 927-si Azərbaycan, 3 min 754-ü isə rus bölmələrində təhsil alan abituriyentlərin payına düşür. Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı birinci ixtisas qrupu üzrə daha çox müşahidə olunub. Beləliklə, artıq 14 min 392 abituriyent birinci qrup üzrə ixtisasını seçib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 10-u saat 23:59-da başa çatacaq və qeyd olunan müddət uzadılmayacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxtadək öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.