İQTİSADİYYAT


İndiyədək AÇG-dən 416,5 milyon ton neft və 128,2 milyard kubmetr qaz hasil olunub

Bakı, 18 yanvar, AZƏRTAC 

İşlənmənin əvvəlindən 2017-ci il yanvar ayının 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarından və “Günəşli” (AÇG) yatağının dərinsulu hissəsindən 416,5 milyon ton neft və 128,2 milyard kubmetr qaz hasil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib.

O bildirib ki, hazırda həmin yataqlardan ayda 2,6 milyon ton neft və 1 milyard kubmetrdən çox qaz hasil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.