İQTİSADİYYAT


İndiyədək Bakıdakı yarmarkalarda 240 min tondan çox məhsul satılıb

A+ A

Bakı, 27 avqust, AZƏRTAC

2006-cı ildən indiyədək Bakı şəhəri üzrə 1050 kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib. Eyni zamanda, belə yarmarkalar Sumqayıt və Abşeronda da fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib.

"Yarmarkalarda indiyədək 240 min tondan çox məhsul satılıb. Məqsəd ölkədə əhalini ucuz, keyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etmək, həmçinin fermerlərin yarmarkalara maneəsiz çıxışına şərait yaratmaqdır", - deyə nazir müavini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.