Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İndiyədək İslam İnkişaf Bankı Azərbaycana 18 layihə çərçivəsində 1 milyard dollara yaxın vəsait ayırıb [YENİLƏNİB]

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan İslam İnkişaf Bankı, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD) ilə uğurla davam edən əməkdaşlığı yüksək qiymətləndirir. İndiyədək İslam İnkişaf Bankı tərəfindən ölkəmizə iqtisadiyyatın müxtəlif sahələri üzrə 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın vəsait ayrılıb. Bu layihələrin 14-ü başa çatıb, 4-ü isə davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 8-də Bakıda İqtisadiyyat Nazirliyinin və İCD-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq investisiya konfransında deyib.

Tədbirdə 24 ölkədən kənd təsərrüfatı, ərzaq, sənaye, maliyyə xidmətləri, təhsil və turizm sahələrində fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib. Konfransın keçirilməsində əsas məqsəd iş adamlarını Azərbaycana investisiya qoyuluşu imkanları ilə tanış etmək, konkret layihələr üzrə müzakirə aparmaqdır.

İqtisadiyyat naziri Şahin Mustafayev tədbirin Azərbaycanın İslam İnkişaf Bankı, eləcə də Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə səmərəli əməkdaşlığının növbəti nümunəsi olduğunu və Azərbaycanla İslam ölkələri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İslam ölkələri ilə əməkdaşlığın genişləndirilməsini ölkənin xarici siyasət prioritetlərindən biri kimi müəyyənləşdirib. Məhz buna uyğun olaraq, müxtəlif sahələrdə əlaqələrimizin inkişaf etdirilməsi üçün zəruri tədbirlər görülür. İslam ölkələri Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini müxtəlif səviyyələrdə daim dəstəkləyir, işğalçı Ermənistandan torpaqlarımızı azad etməyi tələb edirlər.

Gələn il Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları da İslam ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək.

Nazir bildirib ki, İCD tərəfindən indiyədək ölkəmizə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 14 layihə üzrə 130 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb. 2007-ci ildə "Azərbaycan İnvestisiya Şirkəti" ilə birgə "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" təsis edilib ki, bu da uğurlu əməkdaşlığın göstəricilərindəndir.

Azərbaycana investisiya qoyuluşu üçün geniş imkanların olduğunu diqqətə çatdıran Şahin Mustafayev ölkəmizin siyasi cəhətdən sabit ölkə olduğunu, milli, dini və irqi tolerantlığı ilə seçildiyini qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial yaradılıb. 2005-2015-ci illərdə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, müasir infrastruktur yaradılıb, yüzlərlə müasir müəssisə fəaliyyətə başlayıb. Yaradılmış əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Bildirilib ki, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın 150-dən çox ölkə ilə ticarət əlaqələri mövcuddur.

Azərbaycanın geniş tranzit imkanlarını diqqətə çatdıran Şahin Mustafayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi barədə məlumat verib, ölkəmizdə azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması istiqamətində işlərin davam etdirildiyini bildirib.

Ölkəmizdə yaradılan sənaye parkları və zonaları, aqroparklar, "Tik, idarə et, təhvil ver" modeli, ixracın stimullaşdırılması tədbirləri barədə danışan Şahin Mustafayev deyib ki, hazırda kimya və sənaye üzrə Sumqayıt Kimya Sənaye Parkı, təkrar emal üzrə Balaxanı Sənaye Parkı, əczaçılıq sahəsində ixtisaslaşacaq Pirallahı Sənaye Parkı, yüngül sənaye üzrə Mingəçevir Sənaye Parkı yaradılır. Bundan başqa, 26 aqroparkın yaradılması nəzərdə tutulur.

İqtisadiyyat naziri sənaye parkları və zonalarında, aqroparklarda investorlar üçün nəzərdə tutulan güzəştləri qeyd edərək, onları bu imkanlardan yararlanmağa dəvət edib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm, sosial mənzillərin tikintisi sahəsində də əməkdaşlıq və investisiya qoyuluşu üçün geniş imkanlar var.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib, belə tədbirlərin ölkəyə investisiya qoyuluşunda, iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. İCD-nin ölkəmizlə əməkdaşlığı barədə məlumat verən Xalid əl Əbudi korporasiyanın Azərbaycanda həyata keçirilən bir sıra layihələrin icrasında iştirak etdiyini, özəl sektorla əməkdaşlığını, "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti"nin yaradılmasında iştirakını qeyd edib. Bildirilib ki, Azərbaycanda sərmayə qoyuluşu üçün geniş imkanlar var. İCD Azərbaycanda qeyri-neft sektorunun inkişafına gələcəkdə də öz töhfəsini verəcək. Korporasiyanın ölkəmizdə həyata keçirilən iqtisadi islahatları dəstəklədiyini vurğulayan Xalid əl Əbudi İCD-nin ölkəyə investisiya qoyuluşunun artırılması, yerli məhsulların keyfiyyətinin yaxşılaşdırılması və xarici bazarlara çıxışı, birgə müəssisələrin yaradılması, tranzit potensialının artırılması sahələrinə dəstək göstərə biləcəyini qeyd edib.

Sonra "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Konfrans çərçivəsində Azərbaycanda sabit investisiya mühitinin yaradılması, ölkəmizin investisiya imkanları və Azərbaycanda fəaliyyət göstərən xarici investorların təcrübəsinə dair sessiyalar keçirilib. Sessiyalarda Azərbaycanın biznes və investisiya imkanlarına, bu sahədə həyata keçirilən tədbirlərə, ölkəmizin investisiya potensialına dair məlumat verilib, təqdimatlar keçirilib, Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri təcrübələrini bölüşüb, əməkdaşlıq və sərmayə qoyuluşu imkanlarına dair müzakirələr aparılıb, investorları maraqlandıran suallar cavablandırılıb.

Beynəlxalq investisiya konfransı iş adamları arasında müzakirələrlə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib