REGİONLAR


İndiyədək Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara 173,1 milyon manat güzəştli kredit ayrılıb

Bakı, 28 iyul, AZƏRTAC

İndiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 173,1 milyon manat güzəştli kredit verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

“Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, iri fermer, cins heyvandarlıq, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. 2016-cı ilin ötən dövründə 1423 sahibkara 77,2 milyon manata yaxın güzəştli kredit ayrılıb. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır", - deyə Ş.Abdullayev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.