İQTİSADİYYAT


İndiyədək “Şahdəniz” yatağından 75 milyard kubmetr qaz və 19 milyon ton kondensat hasil edilib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Son 10 il ərzində Azərbaycanda təbii qaz hasilatı 4 dəfə artaraq ildə 29 milyard kubmetr səviyyəsinə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir. O qeyd edib ki, indiyədək “Şahdəniz” yatağından təxminən 75 milyard kubmetr qaz, 19 milyon ton kondensat hasil olunub. Yataqdan ötən il 9,9 milyard kubmetr qaz və 2,3 milyon ton kondensat çıxarılıb.

“İstismar dövrünün başlandığı 2006-cı ildən bu il avqustun 1-dək yerli və xarici bazarlara bu yataqda hasil olunan 74 milyard kubmetrə yaxın qaz, təxminən 18,8 milyon ton kondensat nəql olunub. Hazırda mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 29,5 milyon kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetr təşkil edir”, - deyə R.Abdullayev bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.