İQTİSADİYYAT


İndiyədək “Şahdəniz”dən 83 milyard kubmetr qaz və 21 milyon ton kondensat çıxarılıb

Bakı, 2 iyun, Nihad Budaqov, AZƏRTAC

İşlənmənin əvvəlindən 2017-ci il iyunun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 83 milyard kubmetr qaz və 21 milyon ton kondensat çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 2-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

X.Yusifzadə bildirib ki, bu il iyunun 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 6,4 milyard kubmetr, Türkiyəyə isə 46 milyard kubmetr qaz verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.