REGİONLAR
İndiyədək Şəkidə 438 hektar sahəyə tütün şitili köçürülüb
Şəki, 5 may, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Şəki rayonunun təsərrüfatlarında 787 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. İndiyədək 438 hektar sahəyə tütün şitili köçürülüb.
Bu barədə AZƏRTAC-a şəhər icra hakimiyyətindən məlumat verilib.
Qurumun rəsmisi Rafiq Məmmədov bildirib ki, cari mövsümdə 467 hektar sahədə “Virciniya”, 105 hektar sahədə “Berley”, 140 hektarda “İmunni-580”, 75 hektar sahədə isə “Zaqatala-67” tütün sortları əkiləcək.
Ötən il Şəkidə 785 hektar sahədə tütün yetişdirilib, 2440 ton quru tütün istehsal edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]