ELM VƏ TƏHSİL


İndiyədək birinci qrup üzrə 12 min 705 abituriyent ixtisas seçib

Bakı, 8 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi davam edir.

AZƏRTAC-a xəbər verir ki, avqustun 8-də saat 12:00-a olan məlumata əsasən, 36 min 402 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi edib. Onlardan 33 min 76-sı Azərbaycan, 3 min 326-sı rus bölmələrində təhsil alacaq abituriyentlərdir. Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı birinci ixtisas qrupu üzrə daha çox müşahidə olunub. Belə ki, artıq 12 min 705 abituriyent birinci qrup üzrə ixtisasını seçib.

İxtisas seçimi avqustun 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.