İQTİSADİYYAT


İndiyədək dünya bazarına 448 milyon ton Azərbaycan nefti çıxarılıb

Bakı, 2 iyun, Nihad Budaqov, AZƏRTAC

İşlənmənin əvvəlindən bu il iyunun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 428,4 milyon ton neft və 133 milyard kubmetr təbii qaz hasil edilib.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 2-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

SOCAR-ın birinci vitse-prezidenti qeyd edib ki, bu il iyunun 1-dək dünya bazarına 448 milyon ton Azərbaycan nefti çıxarılıb. Həmin həcmin 333 milyon tonu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) ilə nəql edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.