İQTİSADİYYAT


İndiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib, daha 9 layihəyə isə baxılır

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Son 5 ayda investisiya təşviqi sənədi verilən və baxılmaqda olan layihələr üzrə iqtisadiyyata 800 milyon manatdan çox sərmayə yatırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 19-da Bakıda "Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar" mövzusunda keçirilən konfransda deyib.

Nazir diqqətə çatdırıb ki, indiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib və bu layihələr üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 787 milyon manat investisiya qoyulacaq. Hazırda bu sahədə dəyəri 55 milyon manat olan daha 9 layihəyə baxılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.