ELM VƏ TƏHSİL
İndiyədək üç minə yaxın tələbə orta ixtisas və ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət edib
Bakı, 8 avqust, AZƏRTAC
İyulun 17-dən indiyədək üç minə yaxın tələbə transfer.edu.az portalı vasitəsilə orta ixtisas və ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tələbələr həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə köçürülə bilərlər.
Xatırladaq ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu avqustun 15-dək davam edəcək.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən birgə yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:38]
Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub
- 24.04.2024 [16:16]
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
- 24.04.2024 [15:54]
Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub
- 24.04.2024 [15:48]
Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb
- 24.04.2024 [15:09]
MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir
- 24.04.2024 [14:59]
AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb
- 24.04.2024 [14:24]