İQTİSADİYYAT
İndoneziya Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır VİDEO
Bakı, 21 may, AZƏRTAC
İndoneziya turizm, investisiya sahələrində Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Bu, bizim üçün başlanğıc nöqtəsi olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Hüsnan Bəy Fanani bu ölkənin Azərbaycandakı səfirliyi və “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkil etdiyi Azərbaycan və İndoneziya iş adamlarının görüşündə deyib.
Səfir kiçik və orta biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil edilməsinin biznes əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. İndoneziyadan ixrac olunan məhsullar barədə məlumat verən Hüsnan bəy Fanani bildirib ki, iqtisadi əlaqələrin qurulması iki ölkənin qarşılıqlı əlaqələrinin yeni məcrada inkişaf etdirilməsinə böyük töhfə verə bilər.
Tədbirdə sahibkarlar biznes sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin Türkiyə şirkətlərinin nümayəndələri də iştirak ediblər.