DÜNYA
İndoneziya Prezidenti Cakartada törədilən partlayışların araşdırılmasına çağırıb
Tokio, 25 may, AZƏRTAC
“Jakarta Post” nəşrinin yaydığı məlumata görə, İndoneziya Prezidenti Coko Vidodo paytaxtda törədilən iki partlayışın araşdırılmasına və milli birliyin saxlanılmasına çağırıb.
Xəbər verdiyimiz kimi, bir gün əvvəl axşam saatlarında törədilən partlayışlar nəticəsində üç nəfər həlak olub. Şahidlərin bildirdiyinə görə, partlayışlar avtobus və motosiklet dayanacağının yaxınlığında 5-10 dəqiqə fasilə ilə baş verib.
C.Vidodonun sözlərini sitat gətirən nəşr yazır: “Mən bütün vətəndaşlarımızı sakitliyi və milli birliyi saxlamağa dəvət edirəm. Müsəlmanların müqəddəs Ramazan ayına hazırlaşdığı bir vaxtda biz ölkədə sülhü qorumalıyıq”.
Prezident, həmçinin milli polis idarəsinə partlayışları törədən qrupu aşkar etmək və onların qarşısını almaq barədə göstəriş də verib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:42]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]