DÜNYA


İndoneziya gəmilərinə Filippinə məxsus sularda dəniz quldurlarını məhv etməyə icazə verilib

A+ A

Tokio, 10 sentyabr, AZƏRTAC.

İndoneziya sahil mühafizəsi gəmilərinə Filippinə məxsus sularda dəniz quldurlarını izləməyə icazə verilib. Bu barədə sentyabrın 9-da Filippin Prezidenti Rodriqo Duterte Cakartada bəyanatla çıxış edib.

Dövlət başçısı kimi İndoneziyaya ilk rəsmi səfərə gələn R.Duterte deyib: “Əgər dəniz quldurları Filippinə məxsus sulara daxil olsalar, İndoneziya gəmiləri onları izləyə və məhv edə bilərlər”.

Filippin Prezidentinin Cakartaya səfəri çərçivəsində indoneziyalı həmkarı Coko Vidodo ilə dənizdə təhlükəsizliyin təmin edilməsi və transmilli cinayətkarlığa qarşı mübarizə məsələlərini müzakirə edəcəyi bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.