DÜNYA


İndoneziya hökuməti bu ölkəyə məxsus adaları yenidən siyahıya almağa başlayıb

Tokio, 8 iyun, AZƏRTAC 

İndoneziya ölkə ərazisinin və təbii ehtiyatların müdafiəsi məqsədilə ona məxsus olan adaları yenidən sayır.

1996-cı ildə qəbul edilən qanuna əsasən, dünyanın adalardan ibarət ən böyük dövlətinin tərkibinə 17 min 508 ada daxildir. Bu rəqəm təqribidir və BMT tərəfindən təsdiq edilməyib. İndoneziyada o qədər çox ada var ki, ölkə hökuməti onları nə axıra qədər saya, nə də adlandıra bilib.

Yerli KİV-lərin yaydığı məlumata görə, hökumət cari il avqustun 8-dən 17-dək Nyu-Yorkda keçiriləcək BMT-nin coğrafi adların standartlaşdırılmsı konfransınadək bütün adaların qeydiyyatını başa çatdırmaq niyyətindədir. Bunun üçün hər bir adaya səfər təşkil edilməli, onun koordinatları, adı, tarixi, landşaftı və coğrafi tarixi dəqiqləşdirilməlidir.

BMT-nin 2012-ci ildə keçirilən konfransında İndoneziya 13 min 466 adanı qeydiyyata saldırıb. Dənizçilik və Balıqçılıq Nazirliyinin nümayəndələri bəyan ediblər ki, siyahıya ən azı daha 1,7 min yeni ada əlavə etmək planlaşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.