CƏMİYYƏT


İndoneziya ilə Azərbaycan arasında ictimai xidmətlər sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

A+ A

Tokio, 29 noyabr, AZƏRTAC

Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkənin inzibati və bürokratik islahatlar naziri H.Asman Abnur ilə görüşüb.

Görüşdə “bir pəncərə” prinsipi əsasında qurulan və artıq Azərbaycan brendinə çevrilən “ASAN xidmət” modeli müzakirə olunub. İctimai xidmətlər məsələləri üzrə nazir müavini Diah Natalisanın rəhbərlik etdiyi nümayəndə heyətinin “ASAN xidmət” ilə tanış olmaq üçün cari il noyabrın 1-2-də Bakıya səfər etdiyi xatırlanıb. Qeyd edilib ki, daha sonra Koreya Respublikasının Busan şəhərində noyabrın 9-10-da keçirilən “Hökumət 3.0. Qlobal Forumu” əsnasında nazir A.Abnur ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov arasında görüş keçirilib. Vurğulanıb ki, vətəndaşlara xidmət sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkələrimiz üçün faydalı ola bilər.

Görüşdə Azərbaycan ilə İndoneziya arasında ictimai xidmətlər və onların səmərəli tətbiqi sahəsində əməkdaşlığın inkişafına dair konkret addımlar barədə fikir mübadiləsi aparılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.