DÜNYA


İndoneziya polisi Prezident sarayını partlatmaq cəhdinin qarşısını alıb

Tokio, 11 dekabr, AZƏRTAC

İndoneziya polisi Prezident sarayını partlatmağa hazırlaşan üç terrorçunu Cakartanın şərqindəki Bekasi şəhərində həbs edib. Bu barədə paytaxt polisinin rəsmi nümayəndəsi Raden Prabovo Arqo Yuvono bəyanat yayıb.

“Jakarta Post” qəzeti onun sözlərinə istinadən yazır: “Onlar Prezident sarayını bazar günü, mühafizəni təmin edən qarovulun dəyişdirilməsi mərasimi zamanı partlatmağı planlaşdırırdılar”.

İndoneziya Prezidentinin sarayı hər ayın ikinci bazar günü, qarovul dəstəsinin dəyişdirilməsini görmək istəyənlər üçün açıq olur.

Polisin bildirdiyinə görə, həbs edilənlər üç kiloqram ağırlığında “TATP” partlayıcı maddəsindən bomba hazırlamışdılar. Yuvono əlavə edib ki, bu bombanın partlaması 300 metr radiusda hər şeyi tam dağıda bilərmiş.

İndoneziya polisi Cakartada partlayışlar sislsiləsi hazırlayan İŞİD üzvlərindən ibarət terrorçu qrupun noyabrın sonlarında həbsi barədə məlumat yayıb. Həmin məlumata əsasən, terrorçular parlamentin binasını, milli polisin qərargahını, Myanma səfirliyini və iki telestansiyanı partlatmağı planlaşdırırlarmış. Onların hamısı Suriyada yerləşən indoneziyalı terrorçu Bahrun Naimin tərəfdarlarıdır və cari ilin əvvəllərində Cakartanın mərkəzində baş verən partlayışların təşkilatçılarıdırlar. Həmin vaxt dördü terrorçu olmaqla, səkkiz nəfər həlak olmuş, 20 nəfər isə yaralanmışdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.