DÜNYA


İndoneziya: qayıq qəzası nəticəsində ölənlərin sayı 54 nəfərə yüksəlib VİDEO

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

İndoneziyanın Batam adası sahillərində iki gün əvvəl baş vermiş qayıq qəzası nəticəsində həyatını itirənlərin sayı 54 nəfərə yüksəlib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, noyabrın 4-də xilasedicilər qəzanın baş verdiyi ərazidə onlarla yeni cəsəd aşkarlayıblar. Axtarış-xilasetmə işləri hazırda da davam edir.

KİV-lərin məlumatına əsasən Malayziyanın Coxor-Baru şəhərindən evlərinə qayıdan indoneziyalı işçiləri daşıyan qayığın göyərtəsində ümumilikdə 93 sərnişin olub. Onların 6-sı hələ də itkin düşmüş sayılır.

Şahidlərdən birinin sözlərinə görə, kater yola düşdükdən təxminən iki saat sonra leysan yağmağa başlayıb və güclü dalğalar qayığı su ilə doldurub.

Polis insidentin səbəblərini araşdırır. Qəzanın qayığın həddən artıq yüklənməsi səbəbindən baş verdiyi ehtimal edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.