DÜNYA


İndoneziya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

Bakı, 7 dekabr, AZƏRTAC

İndoneziyanın Sumatra adasının şimal sahili yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, zəlzələnin episentri Siqli yaşayış məntəqəsindən 21 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Planetin ən fəal seysmik zonalarından biri olan İndoneziyada hər il seysmoloqlar 4,0 bal gücündən yuxarı 6-7 min zəlzələ qeydə alırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.