DÜNYA


İndoneziya sahillərində qayıq batıb, azı 8 nəfər həlak olub

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də İndoneziyanın Borneo adası sahilləri yaxınlarında sürət qayığı qəzaya uğrayıb. Nəticədə azı 8 nəfər həlak olub, 22 nəfər isə xilas edilib.

AZƏRTAC France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, insident sahilə yaxın ərazidə baş verib. Tarakan şəhərindən yola çıxan qayıq 10 dəqiqə sonra dalğanın təsiri nəticəsində çevrilib. Yerli axtarış-xilasetmə xidmətinin nümayəndəsinin sözlərinə görə, aparılan axtarış-xilasetmə əməliyyatının gedişində 8 nəfərin, o cümlədən iki uşağın cəsədi aşkarlanıb, aralarında almaniyalı iki turistin də olduğu 22 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb.

Qəza zamanı qayığın göyərtəsində ümumilikdə 51 nəfərin olduğu bildirilir. Xilasedicilər bəzi sərnişinlərin batan qayığın içərisində qala biləcəyini istisna etmirlər. İtkin düşənlərin axtarışına, həmçinin Hərbi Dəniz Qüvvələrinin nümayəndələri də cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.