DÜNYA


İndoneziya və ABŞ ticari-iqtisadi əməkdaşlığı genişləndirəcək

Tokio, 9 iyul, AZƏRTAC 

İndoneziya və ABŞ ticari–iqtisadi əməkdaşlığı genişləndirəcək. Bu barədə Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşən İndoneziya Prezidenti Coko Vidodo və ABŞ Prezidenti Donald Tramp bəyan ediblər.

ABŞ və İndoneziya arasında danışıqları yüksək qiymətləndirən D.Tramp deyib: “Biz artıq dost olmuşuq. Birlikdə çoxsaylı sazişlər, ticarət sövdələşmələri imzalamağa hazırlaşırıq. Ticari nümayəndələrimiz buradadırlar və biz İndoneziya ilə böyük ticarətə başlayacağıq”.

C.Vidodo ABŞ Prezidentinə “İndoneziyadakı çoxsaylı pərəstişkarlarının hərarətli salamlarını” çatdıraraq deyib: “Onları yalnız bir şey maraqlandırır: Sizi nə zaman şəxsən İndoneziyada salamlayacaqlar”.

D.Tramp bunun cavabında İndoneziyaya getmək istəyini ifadə edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.