DÜNYA


İndoneziyada bərə yanıb

Bakı, 20 may, AZƏRTAC

İndoneziyada bərənin yanması nəticəsində azı 3 nəfər ölüb, 84 nəfərin taleyi barədə isə hələlik məlumat yoxdur.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, yanğın baş verən bərədə ümumilikdə 178 sərnişin olub. Onlardan 91 nəfəri xilas edilib. Digər 84 sərnişinin taleyi isə qaranlıq qalır. Hadisə gəmi Yava adasından Borneo adasına gedərkən baş verib.

Hazırda itkin düşənlərin axtarışları davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.