DÜNYA


İndoneziyada daşqınlar ümumilikdə 40 min insana təsir göstərib

Bakı, 11 fevral, AZƏRTAC

İndoneziyanın mərkəzi hissəsində baş verən qəfil daşqınlar ümumilikdə 40 min insana təsir edib və Bali adasında torpaq sürüşməsi 13 nəfərin ölümünə səbəb olub.

AZƏRTAC xəbər verir ki, Associated Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, 5 gün ərzində davam edən leysan yağışları Sumbava adasında çayların məcrasından çıxması ilə nəticələnib.

Təbii fəlakətdən zərər çəkənlərin əksəriyyəti məscidlərə və dövlət müəssisələrinə sığınıb. Su basmış iki rayonda isə 8 mindən çox sakin öz mənzillərində təcrid olunmuş vəziyyətdə qalıb. Bu rayonlarda yalnız qayıqla hərəkət etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.