İndoneziyada səkkiz xarici vətəndaş edam olunub
Bakı, 28 aprel, AZƏRTAC
Əfv barədə çoxsaylı müraciət və xahişlərə baxmayaraq, aprelin 28-də İndoneziya hökuməti narkotik qaçaqmalçılığında ittiham olunan “bali doqquzluğu” iştirakçılarının edam cəzasını icra edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Ölüm adası” kimi tanınan ciddi rejimli həbsxanada dörd nigeriyalı, iki avstraliyalı, həmçinin Braziliya, Filippin və İndoneziya vətəndaşları edam olunub.
Narkotik qaçaqmalçılığında ittiham olunan Fransa vətəndaşı Serj Atlaui də ölüm hökmünün icrasını gözləyir. Lakin hökmün icra olunması təxirə salınıb.
Bu hadisələr fonunda İndoneziya və Avstraliya arasında münasibətlər gərginləşib. Braziliya öz səfirini Cakartadan geri çağırıb, İndoneziyanın diplomatik missiyasının başçısı isə paytaxt Brazilianı tərk edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:36]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]