DÜNYA


İndoneziyada tankerin partlaması nəticəsində bir nəfər həlak olub

A+ A

Tokio, 17 noyabr, AZƏRTAC

İndoneziyanın Batam adası limanında “MT Sonecon” tankerində baş vermiş yanğın və partlayış nəticəsində bir nəfər həlak olub, üç nəfər isə yaralanıb. Bu barədə yerli hərbi hissənin kapitanı məlumat verib.

Kapitanın sözlərini sitat gətirən Detik.com saytı yazır: “Heyət üzvlərindən ikisi ciddi yanıq yaraları alıb və hazırda vəziyyətləri ağırdır. Daha bir nəfər isə yüngül yanıb”.

Hadisə zamanı gəmidə qaynaq işlərinin aparıldığı bildirilsə də, hələlik partlayışın başvermə səbəbləri dəqiq müəyyənləşdirilməyib.

Hazırda istintaq davam edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.