DÜNYA


İndoneziyada zəlzələ qurbanlarının sayı 54 nəfərə çatıb VİDEO

Bakı, 7 dekabr, AZƏRTAC

İndoneziyanın qərb sahillərində baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 54 nəfərə çatıb. Azı 78 nəfərin ağır yaralandığı bildirilir.

AZƏRTAC xəbər verir ki, AP informasiya agentliyinin yaydığı məlumata görə, Pidicaya rayonunda onlarla insan dağıntılar altında qalıb. Regionun mürəkkəb relyefi axtarış-xilasetmə işlərini çətinləşdirir. Ölənlərin sayının artacağı istisna olunmur.

Xatırladaq ki, zəlzələ bu gün yerli vaxtla saat 05:03 radələrində baş verib. Gücü 6,4 bal olan zəlzələnin episentri Sumatra adasının şimal sahillərində, ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.