SİYASƏT


İndoneziyanın “Naval Forces” jurnalında “ADEX-2016” Azərbaycan müdafiə sərgisindən bəhs olunub

A+ A

Tokio, 4 noyabr, AZƏRTAC

Noyabrın 2-dən 5-dək İndoneziyanın paytaxtı Cakartada “IndoDefence 2016” müdafiə sərgisi və forumu keçirilir.

Əhəmiyyətinə görə seçilən sərgi və forumda müdafiə sənayesinin ən qabaqcıl nümunələri nümayiş etdirilir. Dünyanın 55 ölkəsindən 750-dək şirkətin məhsullarının nümayiş olunduğu sərgi və foruma maraq böyükdür və onun 25 mindən çox ziyarətçi tərəfindən izlənəcəyi gözlənilir.

Donanma müdafiəsi sahəsində ixtisaslaşmış, dünyada aparıcı yerə malik “DCNS Qrupu”nun nəşr etdiyi “Naval Forces” (“Donanma qüvvələri”) jurnalının növbəti buraxılışı sərgi və forum iştirakçıları tərəfindən maraqla qarşılanıb. Jurnalda “ADEX-2016” Azərbaycan Beynəlxalq müdafiə sərgisinə xüsusi yer ayrılıb. Nəşrdə Azərbaycanın müdafiə potensialından bəhs edilib və Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni inşa olunan gəmiqayırma zavodunun açılışında iştirakı barədə məlumat əksini tapıb.

“IndoDefence 2016” müdafiə sərgi və forumunun işinə noyabrın 5-də xüsusi mərasimlərlə yekun vurulacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.