DÜNYA


İndoneziyanın Sulavesi adası sahillərində 5,2 bal gücündə zəlzələ olub

A+ A

Tokio, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də İndoneziyanın şimalında yerləşən Sulavesi adası sahillərində 5,2 bal gücündə zəlzələ olub.

Milli Meteorologiya, Klimotologiya və Geofizika İdarəsinin yaydığı məlumata görə, yeraltı təkanların episentri İndoneziya ilə Filippinin sərhədində, Sanqihe adasından 68 kilometr cənub-şərqdə, ocağı 34 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.