DÜNYA


İndoneziyanın Sumatra adasında vulkan püskürüb,  7 min nəfər təxliyə olunub

Bakı, 4 avqust, AZƏRTAC

İndoneziyanın Sumatra adasının şımalında vulkan püskürüb.

AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, püskürmə nəticəsində tüstü və kül buludu 4 kilometrdən də hündürə qalxıb, adada əsl kül fırtınası başlayıb. Bu səbəbdən 7 min nəfərdən artıq insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Hökumət əhalini vulkana yaxın getməməyə çağırıb.

Qeyd edək ki, vulkan 400 ilə yaxın bir müddət ərzində aktivlik göstərməsə də, son illər tez-tez oyanırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.