DÜNYA


İndoneziyanın şərqində 5 bal gücündə zəlzələ baş verib

A+ A

Tokio, 3 dekabr, AZƏRTAC.

Dekabrın 3-də İndoneziyanın şərqində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri Molukki əyalətinin Saumlaki şəhərindən 184 kilometr şimal-qərbdə, ocağı Banda dənizinin səthindən 171 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlardan sonra sunami təhlükəsi elan olunmayıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.