ELM VƏ TEXNOLOGİYA


İnformasiya Texnologiyaları İnstitutu əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc olunub

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovanın “Big Data Challenges in Biometric Technology” (Biometrik texnologiyalarda Big Data problemləri) adlı məqaləsi “International Journal of Education and Management Engineering” beynəlxalq elmi jurnalında dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə biometrik texnologiyalarda “Big Data”nın tətbiqi problemlərinə həsr olunub. Məqalədə “Big Data” və qabaqcıl bulud texnologiyalarının biometrik texnologiya sahəsində tətbiqi haqqında ətraflı məlumat verilir, milli təhlükəsizlik, hüquq mühafizə sistemi və müdafiə orqanlarında “Big Data” texnologiyalarından istifadənin üstünlükləri diqqətə çatdırılır.

Qeyd edək ki, “MECS Publisher” tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “CrossRef”, “Scirus”, “CNKI Scholar” kimi beynəlxalq elmi bazalarda indeksləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.