ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunda elektron texniki xidmət sistemi yaradılır

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elektron texniki xidmət sistemi yaradılır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, son illər tətbiq olunan bu sistem informasiya texnologiyaları sahəsinin aktual yeniliklərindəndir. Elektron sistem mürəkkəb texniki struktura malik e-elmin fasiləsiz və etibarlı fəaliyyətinə dəstək məqsədilə yaradılır.

Bu sistem mürəkkəb analitik-informasiya sistemlərinə xas olan kommunikasiya, verilənlərin toplanması, saxlanması, emalı və intellektual analizi vasitələrindən təşkil edilir. Onun texniki vasitələrə birbaşa təsir və istifadəçilərə dəstək əks-əlaqə mexanizmləri var. Veb 2.0 və əşyaların interneti texnologiyalarının meydana gəlməsi texniki xidmət sahəsində mühüm yeniliklərə səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.