ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunda kompüter xidmətləri üzrə dünya təcrübəsi araşdırılır

Bakı, 19 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin şöbə müdiri Şakir Mehdiyevin “Kompüter sistemlərinə xidmətlər üzrə dünya təcrübəsi” mövzusunda məruzə dinlənilib.

Məruzəçi texniki xidmətin aktuallığı, strategiyaları, bu sahədə dünya təcrübəsi haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, elm və texnikanın inkişafı digər sahələrdə olduğu kimi, öz növbəsində informasiya texnologiyaları sahəsində edilən ənənəvi texniki xidmətlərin yeni vasitələrinin yaradılmasına səbəb olub. Texniki xidmət texniki sistemlərdə təyinatlı fəaliyyətinin yerinə yetirilməsinə və saxlanılmasına yönəldilmiş xidmət sahəsidir.

Sonra Ş.Mehdiyev elektron texniki xidmətin imkanlarından danışıb. Vurğulanıb ki, dünyada tətbiq sahələrinin maliyyə itkilərinə 85 faiz istifadəçi səhvi, 12 faiz avadanlıqların imtinası, 3 faiz irimiqyaslı qəzalar və fövqəladə hadisələr səbəb olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.