İQTİSADİYYAT
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub
Bakı, 18 oktyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 2016-cı il iyulun 1-də elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kompleks ekspertizaya təqdim olunmuş 112 layihədən 61-i müsbət rəy alıb. Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün fondun Müşahidə Şurasına təqdim ediləcək. Şuranın növbəti iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, müsabiqə çərçivəsində fonda 121 layihə təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]