İQTİSADİYYAT


İnformasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən tələbələrlə görüşlər keçiriləcək

Bakı, 19 dekabr, AZƏRTAC 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən mütəmadi olaraq ali məktəb tələbələri ilə görüşlər təşkil olunacaq. Görüşlərin əsas məqsədi tələbələrin informasiya texnologiyaları sahəsinə marağının artırılması və sahə üzrə karyera qurmaq istəyənlərə ətraflı məlumatların verilməsidir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ilk tədbirlər dekabrın 22-də (saat 11:00-da) Azərbaycan Texniki Universitetinin, dekabrın 23-də (saat 11:00-da) isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə keçiriləcək. Burada tələbələr “İnformasiya texnologiyaları karyerasının inkişafı” mövzusunda seminarlara qatıla bilərlər.

Görüşlərdə tələbələrə nazirliyin həyata keçirdiyi layihələr, o cümlədən elektron hökumət həlləri barəsində geniş məlumat veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.